Fernandu Santuş: "Heyətlə bağlı verilən bütün qərarlar mənə aiddir"
15.11.2024 - 11:20
Fernandu Santuş: "Heyətlə bağlı verilən bütün qərarlar mənə aiddir"

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya seçməsini qəbul edəcək.

Apasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün məşqin səhər saatlarında olmasının xüsusi səbəbi var?

- Səbəb odur ki, komandanın bərpa olmaq üçün daha çox vaxtı olsun. Milli bir həftədir buradadır, gündə iki məqşimiz olur. Komanda oyuna çox yaxşı hazırlaşıb. Düşündük ki, futbolçuların bərpa olunmaq üçün 24 saat vaxtları olsun.

- Dörd oyundan sonra komandanın aktivində xal yoxdur. Baş məşqçi kimi belə nəticəni gözləyirdiz?

- Əlbəttə ki, oyunları təhlil edəndə çatışmayan cəhətləri görürük. Son iki matçda komanda yaxşı oynadı, futbolçularımız inkişaf edir. Estoniya ilə matçda yaxşı oyun nümayiş etdirdik. Qapımızda gözlənilməz qollar buraxdıq. Səhvlərimizi görürük. Bunları aradan qadırmağa çalışırıq. Slovakiyaya qarşı da yaxşı oynadıq. Qırmızı vərəqə hər şeyi dəyişdi. Futbolda belə detallar vacibdir. Oyunçularım yaxşı məşq ediblər, çox istəklidirlər, pozitiv nəticə qazanmaq üçün sabah əllərindən gələni edəcəklər. Oyundan-oyuna inkişaf edirik, istədiyimiz yerə gəlib çatacağıq.

- Millimiz qrupu xalsız bitirsə. Gələcəyinizlə bağlı qərarınız necə olacaq?

- Mənim 2028-ci ilə qədər müqaviləm var. Məqsədimiz yaxşı heyət qurmaqdır. Azərbaycan millisinə indiyə qədər əldə etmədiyi uğurları qazandırmaq istəyirik. Bütün bunları 2027-ci ildə təhlil etmək olacaq.

- Milliyə futbolçular dəvət edərkən ictimaiyyətin fikrini nəzərə alırsız? Rüfət Abdullazadə də yığmaya dəvəti gözlənilən oyunçulardan idi. Onu izləyirsiz?

- Bütün  oyunları izləyirəm, futbolçuların hamısını tanıyıram. Heyətlə bağlı verilən bütün qərarlar mənə aiddir. Kənardan deyilən heç bir fikir mənə təsir etmir. Kimin bizə kömək edəcəyini düşünürəmsə, onu da milliyə dəvət edirəm.

writer photo
Əlirza Əlirzalı
0