Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəstəyi ilə beynəlxalq turnir keçiriləcək.
Apasport.az saytının məlumatına görə, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir mayın 1-də start götürəcək. Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri də iştirak edəcək.
Yarışın qalibi mayın 6-da müəyyənləşəcək. Oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.
Qeyd edək ki, oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək.