Geryenin cəzası açıqlandı
03.02.2023 - 16:03
Geryenin cəzası açıqlandı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XX turunda baş verənlər müzakirə olunub.

“Sumqayıt”la qarşılaşmada 4 oyunçusu sarı vərəqə alan “Turan Tovuz” “Kəpəz”lə matçda eyni sayda futbolçusu cəzalanan “Səbail” hərəyə 800 manat cərimələnib. Paytaxt klubu xərəkdaşıyanların say tərkibini pozduğuna görə daha 800 manat ödəyəcək.

“Sabah”la matçda 4 oyunçusu xəbərdarlıq alan “Qəbələ” də 800 manat ziyana düşüb. Qırmızı vərəqə alan Ruan Renato 1 oyun cəzalanıb və “qırmızı-qaralar”ı 200 manat ziyana salıb.

“Sabah” 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat ödəyəcək. “Neftçi” - “Zirə” oyununda qonaqların müdafiəçisi Donald Gerye qırmızı vərəqə aldığına görə 1 matçlıq cəzalanıb və klubunu 200 manat xərcə salıb.

writer photo
Əlirza Əlirzalı
0