Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Sürix” - “Qarabağ” görüşü keçiriləcək.
Apasport.az saytının məlumatına görə, futbol eksperti İlya Getman İsveçrədəki matça proqnoz verib.
Mövsümün startında “Sürix” acınacaqlı formadadır. Franko Fodanın yetirmələri üç rəsmi matçda qələbə qazanmayıb. Bu günlərdə komanda “Lütsern”lə qolsuz heç-heçə edib. Amma səfərdə “Qarabağ”a minimal fərqlə uduzması mərhələ adlamaq şanslarını saxlayır. İsveçrəlilər düzgün köklənmədə cütün taleyini öz xeyrinə dəyişməlidir.
“Qarabağ” baxımlı üslubda əvvəl Polşa “Lex”ini 5:1, ardınca “Sürix”i 3:2 hesabı ilə məğlub edib. Komanda cari seçmə mərhələdə təəccübləndirməyə ara vermir. Bu iki vacib qələbənin evdə qazanılması da təəccüblü deyil. Sirr deyil ki, “Qarabağ” ev komandasıdır. “Köhlən atlar” səfərdə heç də həmişə lazımlı nəticə qazanmaq gücündə olmur.
İlk oyunda “Qarabağ” müəyyən qədər yaxşı təsir bağışladı. Amma sonda bir az arxayınlaşdı və rəqibə fərqi minimuma endirmək imkanı verdi. İndi isveçrəlilər doğma meydanda maksimal dərəcədə müsbət nəticəyə köklənəcək. Komanda çoxdandır rəsmi matçlarda qalib gəlmir. Elə bir kulminasiya anı yetişib ki, qələbə çığırına dönmək və özünəinamı bərpa etmək zamanıdır. Proqnozum “Sürix”in qələbəsidir. Bunun əmsalı 2,10-a bərabərdir.
Hər iki komandanın son görüşləri məzmunlu alınır. Bu üzdən də Alt gözləmək üçün heç bir əsas yoxdur. Rəqiblər mümkün qədər çox qol vurmağa çalışacaq. Bizi qarşılıqlı hücumlarla zəngin oyun gözləyir. Mərc üçün ikinci ehtimalım Üst olacaq. Belə proqnozun əmsalı 1,75-dir.
Proqnozum: 1 və ya Üst