Gürcüstan millisinin keçmiş üzvü, “Rasinq”, “Verder”, “Saraqosa” kimi komandalarda oynamış Giorgi Papunaşvili yeni sezona da Azərbaycanda başlaya bilər.
Apasport.az saytına verilən məlumata görə, 28 yaşlı yarımmüdafiəçinin “Kəpəz”də qalmayacağı dəqiqdir. Belə ki, Gəncə təmsilçisi gürcüyə yeni müqavilədə istədiyi məbləği verə bilməyəcəyini qarşı tərəfə bildirib.
“Zirə”yə keçidi gündəmdə olan Papunaşvili hələ də danışıqlar davam etdirilir. Məsələ burasındadır ki, ölkəmizi avrokuboklarda təmsil edəcək klub da gürcünün istədiyi məbləğin çox olduğunu özünə bildirib. Bu arada Papunaşvili üçün hərəkətə keçən Premyer Liqanın digər klubu isə “Araz-Naxçıvan”dır. Elmar Baxşıyev də onun transfer edilməsini istəyib. Hazırda danışıqlar davam etdirilir və Papunaşvilinin yeni sezona hansı komandada başlayacağı yaxın günlərdə bəlli olacaq.
“Dinamo”(Tbilisi) klubunun yetirməsi olan Giorgi “Verder”(Bremen), “Saraqosa”, “Rasinq”, “Apollon”(Limassol), “Torpedo”(Kutaisi), “Radniçki”(Niş), “Samtrediya”, “Telavi” komandalarında oynayıb.