Avropa liqasının qrup mərhələsinin "Qarabağ" - "Hakken" (2:1) matçından sonra mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, "Hakken" klubunun baş məşqçisi Per-Matias Hoqmo oyun haqqında fikirlərini bildirib.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Qarabağ"ı təbrik edirəm. Onlara qarşı oynamaq təcrübə idi. Avropa Liqasında yollarına davam edəcəklər, onları izləməyə çalışacam. Bu oyun bizim üçün çətin keçdi. İlk dəqiqələrdəki qol planlarımızı pozdu. Amma şanslarımız var idi. Sadəcə istifadə edə bilmədik. Bizdə sezon bitib. Gələcək sezon Konfrans Liqasında oynayacağıq. Bu altı oyun bizim üçün təcrübə oldu. Bu təcrübədən gələn il Konfrans Liqasında istifadə edəcəyik".
-"Hakken"in baş məşqçisi kimi sonuncu oyununuz idi. Bakıdan hansı təəssüratlar ilə ayrılırsız?
-İki sezon yarım idi ki, baş məşqçi idim. İsveç çempionu olduq. Oyunçular satdıq. Komanda gəlir əldə etdi. "Hakken" indi daha güclüdür. Komandadan yaxşı əhval-ruhiyyə ilə ayrılıram.
-"Qarabağ"ın baş məşqçisinin oğlu Musa Qurbanlının "Yurqorden"də oynadığını bilirsiz? Onun haqda nə düşünürsüz?
-Əvvəlki klubumda oynayır. Onun oyunun izləmək həyəcanlıdır. Yanvardan oynamağa başlasa, daha yaxşı təəssürat bağışlayacaq.
Hər iki matçda "Qarabağ"a uduzdunuz. Fərqli oyun stilində oyansaydınız, "Qarabağ"ı uda bilərdiz, yoxsa istənilən halda, səviyyə fərqi imkan verməyəcəkdi?
-Birinci oyunda demək olar ki, bərabər səviyyəli oyun getmişdi. Hətta penaltimiz verilməmişdi. Verilsəydi, bəlkə də başqa cür olardı. Bu oyunda da yaxşı oynadıq. "Qarabağ"ın beynəlxalq səviyyəli oyunçuları var. Bizdə belə oyunçular yoxdur. Bu da öz təsirini göstərir.
"Qarabağ" bundan sonrakı oyunlarda sizcə necə təəssürat bağışlaya bilər?
"Qarabağ"ın fərdi olaraq yaxşı oyunçuları var. Xüsusən də hücumda və mərkəzdə. "Qarabağ" daha güclü rəqiblərlə oyunlarda da qol vurub, fərq yarada bilər. "Qarabağ" üçün həyəcanlı püşkatma olacaq. Gözləyək, görək rəqib kim olacaq. "Qarabağ"ın qruplarda çox böyük təcrübəsi var. Bunu da öz oyununda göstərir.