AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, qurumun baş katibi Sərxan Hacıyev müzakirələrdən sonra qəbul olunan qərarları açıqlayıb.
O bildirib ki, Heydər Əliyev ili kimi qeyd olunan 2023-cü ildə AFFA tərəfindən müxtəlif tədbirlərin keçirilməsi tapşırılıb və katiblik bununla bağlı plan hazırlayacaq. 2024-28-ci illər üçün FİFA və UEFA tərəfindən ayrılan vəsaitə müxtəlif regionlarda, müxtəlif infrastruktur layihələrin həyata keçiriləcək, stadion və obyektlər tikiləcək.
U-17, U-18, U-19, U-15 və U-16, həmçinin qadınlardan ibarət U-19 yığmalarına baş məşqçi təyin edilib. İclasda AFFA-nın müxtəlif komitələrində müəyyən dəyişikliklər həyata keçirilib.
Hacıyev bildirib ki, Region Liqasında üç illik qayda ləğv olunub və I divizionda çıxış üçün xüsusi kriteriyalar hazırlanıb. PFL tərəfindən təqdim ediləcək bu şərtlərə cavab verən komandalar Region Liqasından diviziona gələ biləcək.
Misli Premyer Liqası, birinci divizion və kubok oyunlarının internet yayımının PFL-ə həvalə olunub.
Növbəti mövsümdən başlayaraq Premyer Liqanın komandalarının əvəzedici heyətləri I divizionda oynamayacaq və onların öz çempionatı təşkil ediləcək. Hazırda I divizionda çıxış edən 6 komandaya daha 4 klubun əlavə edilməsi planlaşdırılır. Divizion klublarına da dövlət tərəfindən dəstək olacaq. Hər komandaya 300 min manat ödəniləcək.