İdman direktoruna 300 minlik hədə
05.10.2022 - 16:16
İdman direktoruna 300 minlik hədə

“Çelsi”nin keçmiş idman direktoru Marina Qranovskaya 300 min funt-sterlinq transfer haqqı ilə hədələnib.

Apasport.az saytının məlumatına görə, Britaniya polisi adı açıqlanmayan tanınmış futbol agentinin Qranovskayaya təhdid məktubları göndərdiyini açıqlayıb.

Həmin menecer sabiq futbol funksionerindən müştərilərindən birinin transferi üçün məbləğin ödənilməsini tələb edib. Həmin şəxs hətta bir neçə dəfə elektron məktub yazaraq, ona hədə-qorxu gəlib. Qranovskaya şantajla bağlı polisə şikayət edib və hazırda məsələ araşdırılır.

Qeyd edək ki, Marina Qranovskaya 2013-2022-ci illərdə “Çelsi”nin idman direktoru vəzifəsində çalışıb.
 

writer photo
Əlirza Əlirzalı
0