Məşhur futbolçu Çiro İmmobilenin "Beşiktaş"a keçidi rəsmiləşib.
Apasport.az xəbər verir ki, 34 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. O, İstanbul təmsilçisində 17 nömrəli forma ilə çıxış edəcək. Futbolçu yeni klubunda ilinə 6 milyon avro qazanacaq.
Qeyd edək ki, İmmobile 2016-cı ildən "Latsio"da oynayırdı. Futbolçu "Siena", "Yuventus", "Qrosseto", "Peskara", "Cenoa", "Torino", "Borussiya" (Dortmund) və "Sevilya"nın da formasını geyinib. O, bu müddət ərzində 593 matça çıxıb, 329 qol vurub və 75 qolun ötürməsini verib.
Çiro Almaniya Superkubokunun, 2 dəfə İtaliya Superkubokunun və İtaliya millisi ilə Avro-2020-nin qalibi olub.