"İnter" ispan qapıçı transfer etdi
09.07.2024 - 21:54
"İnter" ispan qapıçı transfer etdi

İtaliyanın "İnter" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Milan təmsilçisi "Cenoa"dan Xosep Martinesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan qolkiperlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Xosep Martines 2022-ci ilin yayından "Cenoa"da çıxış edirdi. 26 yaşlı "əlcək sahibi" ötən mövsüm A Seriyası təmsilçisinin heyətində 36 rəsmi matçda meydana çıxıb.

writer photo
Əlirza Əlirzalı
0