1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında futbol yarışının qalibi olan keçmiş SSRİ yığmasının qazancı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, həmin vaxt millinin formasını geyinmiş Yevgeni Kuznetsov qızıl medallara görə nə qədər mükafat aldıqlarını açıqlayıb.
O, həmin vaxt Olimpiya üçüncüsü olan Almaniyadan qat-qat az pul aldıqlarını deyib: “Olimpiya çempionluğuna görə, 5000 dollar vermişdilər. Sonradan qəzetlərdən öyrəndik ki, üçüncü yeri tutan almanlara 150 min dollar verilib. Yəni bizdən 30 dəfə çox. Amma biz bu pula sevindik. Əsas odur ki, tarixə düşdük. 250 milyon əhalisi olan bir ölkənin milli komandasına düşmək artıq böyük nailiyyət idi və biz Olimpiya çempionu olduq”.
Qeyd edək ki, Seul-1988-də azərbaycanlı futbolçu İqor Ponomaryov də SSRİ yığmasının heyətində Olimpiya çempionu olub.