“İrəvan” meydana 10 nəfərlə çıxdı
26.10.2023 - 13:16
“İrəvan” meydana 10 nəfərlə çıxdı

Azərbaycan çempionatının I Liqasında qeyri-adi hadisə yaşanıb.

Apasport.az xəbər verir ki, “İrəvan” “Şamaxı” ilə bu gün keçirilən matça 10 futbolçu ilə çıxıb.

Az öncə start götürən VI turun matçının protokoluna 12 oyunçu daxil edilsə də, qarşılaşmaya yalnız 10 nəfər gəlib. Baş məşqçi Nazim Süleymanov ev görüşünə də 10 oyunçu ilə başlayıb. V turun “İmişli” ilə matçına çıxmayan komanda bu dəfə natamam heyətlə oynamağa futbolçu tapıb. Maaşlarını ala bilmədikləri üçün oynamaqdan imtina edən digər futbolçular isə yenə komandaya qoşulmayıblar.

Qeyd edək ki, ötən tur “İrəvan”a texniki məğlubiyyət verilib.


 

writer photo
Əlirza Əlirzalı
0