Azərbaycan yığması Millətlər Liqasındakı növbəti oyununu sabah keçirəcək.
Apasport.az saytının məlumatına görə, millimiz Trnavada Slovakiyanın qonağı olacaq.
Yığmamızın italiyalı baş məşqçisi Canni de Byazinin həmyerlisi, futbol eksperti Filippo Soqata görüşə proqnoz verib:
Qrupun turnir cədvəli elədir ki, hər iki komandanın xala ehtiyacı var. Trnavadakı qarşılaşma bu üzdən də həm Slovakiya, həm Azərbaycan üçün vacibdir.
Təbii ki, komandaların məqsədləri və hədəfləri də fərqlidir. Uzun müddətdir qol vura bilməyən qonaqlar Belarusa qarşı son görüşdə tilsimi qırıb.
Meydan sahibləri isə yeni baş məşqçi Françesko Kalzonanın təyinatından sonra yenidən iddiasını ortaya qoyacaq. Onadək olan nəticələr isə heç də ürəkaçan sayılmır.
Slovakiyadakı qarşılaşmanın nəticəsinin 1 olacağı aydındır. Amma meydan sahiblərinin qələbə əmsalı da çox aşağıdır. Bu üzdən onların quru hesablı qələbəsi daha cəlbedicidir.
Proqnozum: 1 və Y/Q