İvan Brkıç: "Qarabağ"la görüşdə də "quru seriya"nı davam etdirəcəm" - MÜSAHİBƏ
24.02.2023 - 12:35
İvan Brkıç: "Qarabağ"la görüşdə də "quru seriya"nı davam etdirəcəm" - MÜSAHİBƏ

“Neftçi”nin qapıçısı İvan Brkiç klubun televiziyasına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, son 4 turda qapısını toxunulmaz saxlayan 28 yaşlı qolkiper Bakı klubunun hazırlığını dəyərləndirib və qarşıdakı görüş barədə danışıb.

Xorvatiyalı legioner “ağ-qaralar”ın bugünkü açıq məşqi zamanı Misli Premyer Liqasının XXIV turunun “Qarabağ”la Azərbaycan derbisi ilə bağlı fikirlərini açıqlayıb.

- "Qarabağ"la oyun haqda nə düşünürsən?
- Derbi oyunudur. Əvvəlki oyunlara necə hazırlaşmışıqsa, bu matça da eyni qaydada hazırlaşırıq. Öz gücümüzü və nəyə qadir olduğumuzu bilirik. Səfərdə "Qarabağ"a qarşı yaxşı oyun göstərərək qələbə qazana bilərik.

- Dörd oyundur ki, qol buraxmırsan. Hər halda, səninlə yanaşı müdafiənin də etibarlı olduğunu qeyd etmək lazımdır. Müdafiə xətti anlaşma yaxşıdır?
-  "Neftçi"yə gəldikdən sonra ilk dəfədir belə seriya davam edir. Dörd oyundur ki, eyni heyətlə oynayırıq. Bu da bizə yaxşı tərəfdən təsir edir. Bir-birimizi meydanda daha yaxşı başa düşə bilirik. Bu, bizim üçün xeyirli amildir. Sizin də vurğuladığınız kimi, bu, təkcə mənim uğurum deyil. Müdafiə xətti ilə yanaşı bütün futbolçularımızın uğurudur ki, qapımızda qol görmürük. Ümid edirəm ki, bunu qoruyub-saxlaya biləcəyik.

- "Qarabağ"la görüşdə də "quru seriya"nı davam etdirə biləcəksiz?
- Mən də elə düşünürəm.

Qeyd edək ki, fevralın 27-də çempionatın lideri “Qarabağ”la görüşəcək “Neftçi” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0