“Jelezniçar” – “Neftçi”: KİM ŞANSLIDIR?
27.07.2023 - 11:43
Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Jelezniçar” (Bosniya və Herseqovina) - “Neftçi” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları meydan sahiblərini daha şanslı sayırlar.
Bu gün Sarayevodakı “Qrbavitsa” stadionunda baş tutacaq matçda balkanlıların qələbəsi 2,56, Bakı təmsilçisinin uğuru 2,74 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,08 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0