Joze Mourinyo diskvalifikasiya edildi
08.11.2024 - 14:47
Joze Mourinyo diskvalifikasiya edildi

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Apasport.az xəbər verir ki, qurum portuqaliyalı mütəxəssisi 1 oyunluq diskvalifikasiya edib. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Joze Mourinyo Super Liqanın 11-ci turunun "Trabzonspor"la matçından sonra azarkeşlərə jestlər edib, həmçinin hakimlər barədə sərt ifadələr işlədib. Məşqçi həmçinin, 958 min TL cərimə olunub.

writer photo
Əlirza Əlirzalı
0