Juninyo "Neftçi" ilə görüşü buraxacaq? - Açıqlama
01.03.2024 - 09:24
Juninyo "Neftçi" ilə görüşü buraxacaq? - Açıqlama

"Qarabağ"ın hücumçusu Olavio Juninyonun son durumu bəlli olub. 

Apasport.az-a daxil olan məlumata görə, həkim müayinəsindən sonra futbolçunun zədəsinin elə də ciddi olmadığı müəyyən edilib. 

Məlumatda qeyd edilib ki, bu gün braziliyalı futbolçunun istirahət günüdür: "Juninyonun "Neftçi" ilə oyunda iştirakı sabah dəqiqləşəcək. Yenidən həkim müayinəsi olacaq və bundan sonra yekun qərar veriləcək" . 

Xatırladaq ki, 27 yaşlı forvard Premyer Liqanın XXIII turundan təxirə salınan "Qəbələ" ilə səfər matçında zədələnib. 

Qeyd edək ki, "köhlən atlar" XXV turda - martın 3-də "Neftçi"nin qonağı olacaq. 

writer photo
Əlirza Əlirzalı
0