![“Kəpəz” 19 ildən sonra: “Turan Tovuz” üçün ilk](https://ww3.apasport.az/storage/news/2025/january/20/big/678df0046375d678df0046375e1737355268678df0046375b678df0046375c.jpg)
"Turan Tovuz" tarixində ilk dəfə Premyer Liqa matçında 4-dən çox top buraxıb.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XIX turunda, “Kəpəz”lə oyunda (5:2) reallaşıb.
“Kəpəz” isə 11 il 8 aydan sonra bir matçda 5 və ya daha çox qol vurub. Gəncəlilər sonuncu dəfə 2013-cü il mayın 13-də “Turan”la səfər qarşılaşmasında belə məhsuldar olub – 5:3.
“Kəpəz”in ev matçında 5 və ya daha çox qol vurması isə sonuncu dəfə təxminən 19 il – konkret desək, 18 il 8 ay öncə qeydə alınıb. Gəncə təmsilçisi 2006-cı il mayın 29-da MOİK-i 5:3 hesabı ilə üstələyib.
Qeyd edək ki, 7 qolun vurulduğu görüş həm də mövsümün ən məhsuldar qarşılaşması adına şərik olub. Oktyabrın 4-də baş tutuan “Kəpəz” – “Neftçi” matçında da eyni sayda qol vurulub – 4:3.