"Kəpəz" "Sabah"ın futbolçusunu yenidən icarəyə götürüb
13.09.2024 - 17:10
"Kəpəz" klubu "Sabah"ın futbolçusu Camal Cəfərovu yenidən icarəyə götürüb.
Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin icarə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm də "Kəpəz"də icarə əsasında oynayıb.
0
0