"Qarabağ"ın rəqibindən qələbə
24.11.2024 - 12:25

Avropa Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan “Elfsborq” yoldaşlıq oyunu keçirib.
Apasport.az xəbər verir ki, “Yurqorden”lə qarşılaşan Oskar Hillemarkın rəhbərlik etdiyi kollektiv rəqibinə 3:0 qalib gəlib.
Xatırladaq ki, “Qarabağ” – “Elfsborq” matçı dekabrın 13-də “Buros Arena” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.
Hazırda İsveç klubu 4 xalla ümumi cədvəldə 24-cü, Ağdam təmsilçisi isə 3 xalla 29-cu pillədədir.
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
- Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"
0
0