Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqası XXXIII tur
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Sumqayıt” oyununun 90+2-ci dəqiqəsində “Kəpəz” klubunun 24 nömrəli futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Kəpəz” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.3, 32);
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Sumqayıt” oyununun 90+6-cı dəqiqəsində “Kəpəz” klubunun 21 nömrəli futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Kəpəz” klubu 3000 manat cərimə edilir (maddə 43.3);
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlər təhqir edildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Sumqayıt” oyununun 90+6-cı dəqiqəsində “Sumqayıt” klubunun 6 nömrəli futbolçusu Vüqar Mustafayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sumqayıt” klubu 500 manat cərimə edilir (maddə 36.5);
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 52.1);
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununun 78-ci dəqiqəsində “Neftçi” klubunun 44 nömrəli futbolçusu Yuri Matias hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Neftçi” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.3, 32);
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən 10 ədəd oturacağın sındırılmasına görə stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödənilsin (maddə 54.2);
05.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Turan Tovuz” – “Zirə” oyununun 90+9-cu dəqiqəsində “Turan Tovuz” klubunun 5 nömrəli futbolçusu Roderik Miller təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Turan Tovuz” klubu 3000 manat cərimə edilir (maddə 40.3);
05.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Turan Tovuz” – “Zirə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilir (maddə 37);
Əvəzedicilər liqası XXXIII tur
05.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Kəpəz-2” – “Sumqayıt-2” oyununun 70-ci dəqiqəsində “Sumqayıt-2” komandasının inzibatçısı Elnur Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, “Sumqayıt-2” komandası 400 manat cərimə edilir (maddə 43.4);
05.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Qarabağ-2” – “Neftçi-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);
07.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Səbail-2” – “Qəbələ-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37).