“Kəpəz”in kapitanı: “Maraqlı hadisələr olacaq”
17.11.2022 - 18:00
“Kəpəz”in kapitanı: “Maraqlı hadisələr olacaq”

Apasport.az saytı Misli Premyer Liqasının kapitanlarının dünya çempionatı ilə bağlı fikirlərini öyrənməkdə davam edir.

Bu dəfə elitanın debütantı “Kəpəz”in lideri Tural Axundov Qətərdə baş tutacaq mundialdan gözləntilərini açıqlayıb.

34 yaşlı müdafiəçi dünya çempionatının beşqat qalibi Braziliyaya azarkeşlik edəcəyini bildirib: “Çox maraqlı hadisələr olacaq. Çünki sensasiyalar qeydə alına bilər. Güclü komandalar turnirdən tez uzaqlaşa bilər. Düzdür, dünya çempionatının noyabr-dekabr aylarında keçirilməsinə öyrəşməmişik. Bu turniri həmişə yayda istirahət vaxtı izləmişəm. Budəfəki mundialda Braziliya millisinə azarkeşlik edəcəyəm”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də Qətər – Ekvador oyunu ilə start götürəcək.
 

writer photo
Əlirza Əlirzalı
0