“Kəpəz”in legioneri Azərbaycanı tərk etdi
22.03.2024 - 17:17
“Kəpəz”in legioneri Azərbaycanı tərk etdi

Müqavilə ilə “Kəpəz”ə məxsus olan Vladislav Vasilyuçek Azərbaycanı tərk edib.

Apasport.az saytına verilən məlumata görə, belaruslu qolkiper yeni komandasına qoşulmaq üçün “Kəpəz”in düşərgəsindən ayrılıb.

29 yaşlı qolkiper saytımızın əməkdaşı ilə danışığında, Gəncə klubundan ayrıldığını təsdiqləyib. Yeni komandaya nə vaxt keçib-keçməyəcəyi barədə isə səssiz qalıb.

Belaruslu qapıçının Qazaxıstan klublarından birində oynamaq ehtimalının yüksək olduğu bildirilir.

Qeyd edək ki, Vasilyuçek yayda Belarusun “Slutsk” klubundan “Kəpəz”ə keçmişdi.

writer photo
Əlirza Əlirzalı
0