“Kəpəz”in legioneri: "Mənim səhvim də komandanın psixoloji durumuna təsir etdi"
13.02.2024 - 20:03
“Kəpəz”in legioneri: "Mənim səhvim də komandanın psixoloji durumuna təsir etdi"

“Kəpəz”in legioneri Yeqor Xvalko apasport.az saytına müsahibə verib. 

- “Kəpəz” “Səbail”lə görüşdə rəqibinə 1:4 hesabı ilə məğlub oldu. Sizcə, bunun səbəbi nə idi?
- Bəli, təəssüf ki, uduzduq. Amma bu matçı komanda olaraq uduzmadıq. Müdafiə xəttindəki hər oyunçunun fərdi səhvləri var idi. Təəssüf ki, belə alındı.

- “Səbail” özü də qeyri-sabit çıxış edirdi. Yəqin ki, qələbə qazanacağınızı düşünürdüz, sizə nə və ya kim mane oldu?
- Bu, yəqin ki, yanlış ifadədir. Hər məğlubiyyət sürprizdir, çünki biz qalib gəlmək üçün hazırlaşırıq. “Səbail” yaxşı komandadır, kifayət qədər güclü heyətləri var. Bəzi futbolçuların görüşü buraxdığını nəzərdə tutursunuzsa, son turda bizdə də eyni vəziyyət yaranmışdı. Təbii ki, biz qalib gəlməyi düşünürdük və 3 xalı qazanmaq istəyirdik. Bunun üçün bütün ilkin şərtlər var idi, amma futbol səhv edənlərin cəzalandırıldığı idman növüdür. Qələbə qazanmaq istəyirdik, müəyyən nöqtəyə qədər hər şey bizim üçün uğurlu oldu. Mənim səhvim də komandanın psixoloji durumuna təsir etdi. Baxmayaraq ki, 1:2 uduzduğumuz vaxt çox yaxşı 2 şansımız var idi.

- “Kəpəz” son oyunlarda daha uğurlu çıxış edirdi. Nə baş verdi ki, geridönüş edə bilmədiniz?
- Əslində oyunumuzdakı irəliləyişi hər kəs görə bilər. Yəqin ki, bizim günümüz deyildi. Baxmayaraq ki, birinci hissə çox yaxşı oynadıq. Daha çox hücuma kökləndik, müdafiəni unutduq. 

- “Kəpəz” 20 xala malikdir və 15 xalı olan “Qəbələ”ni qabaqlayaraq 9-cu pillədə qərarlaşıb.  İnanırsan ki, “Kəpəz” birinci liqaya düşməyəcək?
- “Qəbələ”nin qarşıdakı oyunu necə olacaq hələ heç kim bilmir. Axırıncı olmamaq üçün hər şeyi edirik. Bu, əslində çox maraqlıdır, keçən mövsüm də buna oxşar vəziyyətdə idik. Təbii ki, mən Premyer liqada qalacağımıza inanıram. Təkcə mən yox, hamı buna inanır və üzərində işləyir. Bu komandanın birinci liqada yer almağa haqqı yoxdur. Premyer Liqada olmalıyıq.

- Növbəti matçınız “Sabah”a qarşı olacaq. Bu komandada baş məşqçi dəyişikliyi baş verdi. Onlar “Qarabağ”a qarşı kubokun ilk oyununu çıxmaq şərtilə uğurlu oyunlar keçirdi. Səfərdə qələbə qazanmağınız mümkündür?
- Baş məşqçi dəyişikliyi həmişə komandaya yeni emosiyalar gətirir. Biz bunu başa düşürük. Məşqçilər korpusumuz "Sabah"ın oyununu təhlil edir və bu komandaya qarşı necə mübarizə aparacağımızı, bunu necə edəcəyimizi söyləyəcək. Matçın nə vaxt bitəcəyini biləcəyik.

writer photo
Əlirza Əlirzalı
0