"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmixin zədəsi düşünüləndən daha ciddidir.
Apasport.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Daha əvvəl Münhen komandasının baş məşqçisi Tomas Tuxel 28 yaşlı futbolçunun çiynində problemlərin olduğunu bildirmişdi. Kimmixin yalnız Almaniya çempionatının 19-cu turunun "Auqsburq"la matçını buraxacağı gözlənilirdi.
İndi isə almaniyalı futbolçu "Bavariya"nın daha 3 oyununu buraxmaq riski ilə üz-üzədir. Yarımmüdafiəçinin sağalması üçün lazım olan dəqiq vaxt bəlli deyil.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi bu mövsüm Kimmix "Bavariya"nın heyətində 23 oyun keçirib, bu oyunda 1 qol vurub və 6 məhsuldar ötürmə edib.