Kleman uğursuz finişin qurbanı oldu
04.06.2023 - 20:39
“Monako” baş məşqçi Filipp Klemanı istefaya göndərib.
Apasport.az saytı xəbər verir ki, buna səbəb komandanın Avropa kuboklarından kənarda qalmasıdır.
Kleman “Monako”ya 2022-ci ilin yanvarından rəhbərlik edirdi. Monakolular son 4 qarşılaşmada cəmi bir xal toplayaraq, “Renn” və “Lill”i özündən irəli buraxıb. Komanda son turlarda uğursuz çıxışı belçikalı mütəxəssisə bağışlanılmayıb.
Qeyd edək ki, knyazlıq klubu mövsümü 65 xalla 6-cı pillədə başa vurub.
0
0