Krakov-2023: Abışovdan şəxsi rekord
21.06.2023 - 13:35
Krakov-2023: Abışovdan şəxsi rekord

Krakov-2023 III Avropa Oyunlarında atletika yarışlarının ikinci gününün ilk sessiyası davam edir.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir atleti qaçış zolağına çıxıb.

Kişilərin 1500 m məsafəyə qaçışında Elman Abışov mübarizə aparıb. Məsafəni 4 dəqiqə 18,19 saniyəyə qət edən idmançımız şəxsi rekorduna imza atıb. O, bu nəticə ilə yarışı 11-ci yerdə başa vurub.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır. 

writer photo
Əlirza Əlirzalı
0