Krakov-2023: Yığmamızdan ilk start
20.06.2023 - 12:15
Krakov-2023: Yığmamızdan ilk start

Krakov-2023 III Avropa Oyunlarında atletika yarışlarına start verilib.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının ilk təmsilçisi də mübarizəyə qoşulub.

Lamiyə Vəliyeva qadınların 400 m məsafəyə qaçışında çıxış edib. O, finişə 55,79 saniyəyə çatıb. 

Lamiyə A qrupundakı “səkkizlik”də 5-ci olub. Atletimiz iki qrupun yekununda da 5-ci yeri tutub.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır. 
 

writer photo
Əlirza Əlirzalı
0