Kristian Herç: "Sabahkı matçda lazım olan nəticəni əldə etmək istəyirik"
24.07.2024 - 20:38
Kristian Herç: "Sabahkı matçda lazım olan nəticəni əldə etmək istəyirik"

Slovakiyanın "DAK 1904" klubunun yarımmüdafiəçisi Kristian Herç Konfrans Liqası II təsnifat mərhələsinin "Zirə" ilə ilk oyunundan öncə mətbuat konfransında iştirak edib.

Apasport.az 25 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

"Komandada ab-hava yaxşıdır. Oyunu səbirsizliklə gözləyirik. Mövsümdəki ilk oyunumuzdur. Bilirik ki, "Zirə" keyfiyyətli komandadır. Amma biz də yaxşı komandayıq. Bizi sabah çətin oyun gözləyir. Komandamız yaxşı vəziyyətdədir. Sabahkı matçda son dəqiqəyə qədər mübarizə aparıb lazım olan nəticəni əldə etmək istəyirik.

Ötən mövsümün sonundakı yaxşı komandanı kollektiv ruhuna bağlayardım. Məşqdə öyrəndiklərimizi meydana tətbiq etdik. Toplanışda da yaxşı hazırlaşdıq. "Zirə" yaxşı rəqibdir. Sabah çox çətin olacaq. Rəqib müdafiədə yaxşıdır. Düşünürəm ki, sabah rəqibin müdafiəsində boşluqlar tapıb, bundan istifadə etməyə nail olacağıq.

Azərbaycanın U-21 yığmasına qarşı oynamışam. Əsas millidə də həmçinin. Hər iki görüşü də bu stadionda oynamışdıq. U-21də olanda, 1:2 uduzmuşduq, əsas millidə 1:0 udmuşduq. Azərbaycanla bağlı həm pozitiv, həm də neqativ məqamlar var.

"Qrasshopper"də Renat Dadaşovla birlikdə oynamışıq. Renat haqda mənfi söz deyə bilmərəm. Futbolçu və insan kimi əladır. Onunla indi də münasibətimiz var və danışırıq".

writer photo
Əlirza Əlirzalı
0