Krivotsyukun Koreyada ilk qolu - VİDEO
26.04.2023 - 21:23
Krivotsyukun Koreyada ilk qolu - VİDEO

Azərbaycan millisinin futbolçusu Anton Krivotyuk çıxış etdiyi “Tecon Hana Sitizen” klubunuda ilk qolunu vurub.

Apasport.az xəbər verir ki, o, Cənubi Koreya çempionatının IX turunda “Çenbuk”la səfər matçında fərqlənib.

24 yaşlı müdafiəçi 2:1 hesabı ilə qalib gəldikləri görüşdə hesabı açıb. Anton Krivotsyuk 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Tecon Hana Sitizen” hazırda 17 xalla 12 komanda arasında 3-cü pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0