Krunoslav Renduliç: "Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik "
08.08.2024 - 00:18
Krunoslav Renduliç: "Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik "

UEFA Konfrans Liqasında mübarizəni davam etdirən "Sabah" III təsnifat mərhələsində İrlandiyanın "Sent Patriks" kollektivi ilə üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, "bayquşların" baş məşqçisi Krunoslav Renduliç matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Renduliç görüşün çətin keçəcəyinə diqqət çəkib:

"Qarşıda bizi çox çətin oyun gözləyir. Rəqibin böyük üstünlükləri var. Onların çempionatları davam edir, artıq 26 oyun keçiriblər. Buna görə də, fiziki cəhətdən bir az üstündülər. İnanırıq ki, bu çətin oyundan sabah qalib ayrılmağı bacaracağıq. Söz verə bilərik ki, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəcəyik".

writer photo
Əlirza Əlirzalı
0