Kurban Berdıyev: "Heyətimizdən asılı olmayaraq, hədəflərimiz böyükdür"
03.08.2024 - 20:50
Kurban Berdıyev: "Heyətimizdən asılı olmayaraq, hədəflərimiz böyükdür"

Misli Premyer Liqasının ilk turu çərçivəsində keçirilən "Neftçi"-"Turan Tovuz" matçı qolsuz bərabərliklə başa çatıb.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun çətin olacağını ehtimal edirdik. "Neftçi" çox yaxşı komandadır. Bu oyun bizim çatışmayan cəhətlərimizi göstərdi. Hansı istiqamətlərdə çalışmalı olduğumuzu bildik. Amma ümumi olaraq futbolçularımın performansından razı qaldım. Oyunboyu epizodlarda maksimum oynadılar.

- Çatışmazlıqları dediz. Hansı məqamlar üzərində işləməlisiz?

Hücum fazasında məqamları qeyd edirəm. Uşaqlar necə oynamaq lazım olduğunu bilirlər. Yəqin ki, zamanla bunun öhdəsindən gələcəklər. Çox da böyük çatışmazlıq deyil.

- Deyəsən, nəticədən narazısız. Amma "Neftçi" ilə səfərdə heç-heçə qalmaq pis nəticə deyil...

- Hər şeyi yaxşı anlayıram. "Neftçi" yaxşı komandadır. Amma biz daha çoxuna ümid edirdik. Maksimum hazırlaşmışdıq. Əgər hücumda oyunçular bacardığı və bildiyi kimi düzgün oynasaydıq, hər şey başqa cür olardı.

- Son 10 dəqiqədə yorğunluq aşkar hiss olunurdu. Bunu nə ilə izah edərdiniz?

- Bu təbii haldır. "Neftçi"nin oyunçuları yoruldu, bizimkilər də. Yorğunluğun olması təbiidir.

- Qarşılaşmadan əvvəl "Neftçi"nin analizində hansı detalları nəzərə almışdız?

- Hər komandanın çatışmazlıqları var. Bizim də, həmçinin. Bəzi anlar yaxşı alınırdı, əsasən də Ayxanın epizodlarında. Bəzi epizodlarda alınmadı. "Neftçi" haqda bilirik, amma buna şərh vermirik. Bağışlayın, sadəcə belədir.

- Stadiondakı atmosfer necə idi? Qazon rolunu oynadı?

Atmosfer yaxşı idi. Azarkeşlərimizə təşəkkür edirik ki, bizə dəstək üçün gəlmişdilər. Qazon hər iki komanda üçün eyni idi.

- Böyük titullar qazandığınızı bilirik. Kurban Berdıyevin "Turan Tovuz"dakı hədəfi nədən ibarət olacaq?

- Heyətimizdən asılı olmayaraq, hədəflərimiz maksimumdur.

 

writer photo
Əlirza Əlirzalı
0