"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 5-ci turunda doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna pis başladıq. İlk 15 dəqiqə ərzində üstünlüyü rəqibə verdik və bütün möveləri uduzduq. Sonra hissənin axırına kimi vəziyyəti yaxşılaşdırdıq. 1-dən çox da qol vura bilərdik. İkinci hissədən razı qalmadım. Nə hücumda, nə də müdafiədə yaxşı oynamadıq. Səbəbini axtaracağıq. Bu, ya qol buraxmaq qorxusundandır ya da başqa psixoloji məqamdır.
- Fərid Yusifli kobud səhvə yol verdi. Sizcə, Premyer Liqada oyanyan futbolçu belə səhvə yol verə biıər?
- Narazılığım Fəridə yox, Şəhriyara idi. Şəhriyar həmin məqamda ona ötürmə verməli deyildi. Fərid də daha rahat oyunamalı idi.
- "Turan Tovuz"un tarixində ilk dəfə milliyə oyunçular dəvət olundu. Buna münasibətiniz necədir?
- İlk dəfə olduğunu bilmirdim. Xoş hisslər keçirirəm ki, həm gənc komandalara, həm də əsas milliyə futbolçularımız dəvət olunub.
- Sizin üçün nəticə önəmlidir, yoxsa baxımlı futbol? "Turan Tovuz"un baxımlı futbol oynadığını düşünürsüz?
- İstənilən məşqçi üçün nəticə önəmlidir. Amma tapşırıqları yerinə yetirmirsənsə, nəticələr daimi olmaz. Bu gün qələbə var. Amma istədiyimiz kimi oyun olmadı. İstənilən halda qələbə qələbədir. Çünki, azarkeşlər bundan zövq alırlar.
- Bura gələndə inanırdız ki, 5 turdan sonra qol buraxmadan lider olacaqsız?
- Azərbaycan futbolu haqda məlumatım yox idi. Futbolçulara təşəkkür edirəm. Onların sayəsində bu nəticələr əldə olunur.
- Milli fasilə komandanı tonusdan sala bilər?
- Yox. İstənilən halda fasilə lazımdır. Bu bizə vaxt verəcək ki, səhvlərimizin üzərində işləyək.
- Transfer gözlənilir?
- Hələ ki, dəqiq bir şey yoxdur. Bu sualları mənə yox, rəhbərliyə ünvanlayın.