Laurentsiu Regekampfla bağlı MƏHKƏMƏ QƏRARI
26.07.2022 - 14:12
Laurentsiu Regekampfla bağlı MƏHKƏMƏ QƏRARI

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfla bağlı Rumıniya məhkəməsi qərarını açıqlayıb.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Anamariya Prodanla boşanma mərhələsində olan çalışdırıcı övladına aylıq aliment ödəməli olacaq.

Prodan Regemakpfın aylıq ən azı 7000 avro aliment ödəməsini tələb etsə də, məhkəmə bunu rədd edib və məbləğin 2000 avro olmasını qərara alıb. 47 yaşlı mütəxəssisin ödəməsi bu ilin fevralından nəzərdə tutulacaq. Yəni o, geridə qalan 6 ayın alimentini də verməli olacaq.

Qeyd edək ki, Laurentsiu Regekampf bu yay “Neftçi”nin sükanı arxasına keçib.
 

writer photo
Əlirza Əlirzalı
0