Lunyovun “Molde” ilə matçda oynayıb-oynamayacağı dəqiqləşdi
23.11.2023 - 13:36
Lunyovun “Molde” ilə matçda oynayıb-oynamayacağı dəqiqləşdi

“Qarabağ”ın qolkiperi Andrey Lunyovun durumuna aydınlıq gətirilib. 

Apasport.az saytına verilən məlumata görə, Avropa Liqasının 4-cü turunun “Bayer”lə görüşündə zədələnərək oyunun sonlarında məcburiyyətdən əvəzlənən rusiyalı çərçivə qoruyucusunun vəziyyəti yaxşıdır.

Əldə etdiyimiz məlumata görə, Lunyov Avropa Liqasının 5-ci turunun “Molde” ilə oyununda iştirak edəcək. Onun Norveçdə “Qarabağ”ın qapısını qoruyacağı dəqiqləşib. 

Bu həftə Premyer Liqanın 14-cü turunun “Sabah”la matçında meydana çıxıb-çıxmayacağı isə dəqiq deyil.

writer photo
Əlirza Əlirzalı
0