Mahir Emreli “İstra 1961”lə oyunu da buraxa bilər
26.07.2022 - 16:04
Mahir Emreli “İstra 1961”lə oyunu da buraxa bilər

Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatının III tur matçını da buraxa bilər.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Xorvatiya mətbuatı yayıb.

Bildirilib ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Şkupi” ilə bu gün səfərdə üz-üzə gələcək zaqreblilər 4 oyunçunu Şimali Makedoniyaya aparmayıb. Bunlar müdafiəçilər Boşko Şutalo, Yosip Şutalo, yarımmüdafiəçi Marko Bulat və Emrelidir.

Adıçəkilən oyunçulardan yalnız Boşkonun ölkə çempionatının növbəti turuna hazır olacağı dəqiqdir. Digər 3 futbolçunun “İstra 1961”lə qarşılaşmada da iştirakı sual altındadır.

Qeyd edək ki, “Dinamo” – “İstra 1961” görüşü iyulun 29-da keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0