Mahir Emrelidən Çempionlar Liqasında uğursuz debüt
17.08.2022 - 00:51
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Çempionlar Liqasında debüt edib.
Apasport.az saytının məlumatına görə, Xorvatiya klubu pley-off mərhələsinin ilk oyununda “Bodo-Qlimt”in qonağı olub.
Norveçdə baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 37-ci dəqiqədə Amal Pelleqrino imza atıb. Görüşə ehtiyatdan başlayan Mahir 69-cu dəqiqədə meydana daxil olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 24-də Zaqrebdə keçiriləcək.
0
0