Mahir Emrelinin debütü sülhlə başa çatdı
05.03.2023 - 20:55
Mahir Emrelinin debütü sülhlə başa çatdı

Millimizin üzvü Mahir Emreli bu gün "Konyaspor"la Türkiyə Superliqasında debüt oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Konya təmsilçisi XXIV turda "Girəsunspor"u qəbul edib. Görüşdə hesab açılmayıb.

Mahir Emreli matça start heyətdə çıxıb. O, 58-ci dəqiqədə xorvatiyalı Robert Muriçlə əvəzlənib.

Qeyd edək ki, "Konyaspor" 28 xalla 9-cu pillədədir. Konya təmsilçisi artıq 10 rəsmi oyundur ki, qələbə üzünə həsrətdir.

writer photo
Əlirza Əlirzalı
0