"Fernandu Santuş təcrübəli məşqçidir".
Bunu apasport.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu, futbol mütəxəssisi Mahmud Qurbanov Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçi postuna təyinatı barədə danışarkən deyib.
Qurbanov bildirib ki, Santuşun portuqaliyalı olması onun üçün üstünlük olub: "Namizədlər arasında onunla müqavilə bağlamağın ən əsası onun təcrübəli və portuqal olmağından irəli gəlir. Həm Azərbaycan futbolu, həm də yığma üçün xeyirli və uğurlu olsun. Hər halda düşünürəm ki, Santuşla müqavilə bu gün imzalanıb, amma o, futbolçularımızı, millini tanımaq üçün hər iki oyunu izləyib və bundan sonra yığmanı çalışdırmağa “hə” deyib".
Veteran futbolçunun sözlərinə görə, təyinatın nəticəsi ilə bağlı öncədən fikir bildirmək çətindir: "Nə demək olar ki.. Məşqçi yeni təyin olunub. Öncədən nəsə proqnozlaşdırmaq düzgün deyil. Hər halda istəyirik ki, qarşıdakı turnirlərdə millinin nəticələri yaxşı olsun. İstər Millətlər Liqasında, istərsə də, dünya çempionatının qrup oyunlarında… Fərq etmir. İstəyirik ki, nəticə də, oyunlar da yaxşı olsun. Qarşıdakı aylarda, növbəti oyunlarda vəziyyətin necə olacağını biləcəyik".
Nərmin Vüqarqızı
- “Real”da yeni müqavilə təklifi
- "Sevilya" "Tottenhem"in hücumçusunu heyətinə qatmaq istəyir
- Daha bir idmançımız “Prezident Kuboku 2024”-də medal qazanıb
- Zeynəb Rəhimova Avropa Oyunlarında mübarizəni dayandırdı - FOTO
- Emin İmaməliyev: "Yəqin ki, Kadi "Ferentsvaroş"u daha çox istəyib deyə..." - MÜSAHİBƏ