Maklaflin Azərbaycan derbisinə PROQNOZ VERDİ
02.12.2022 - 15:49
Maklaflin Azərbaycan derbisinə PROQNOZ VERDİ

Bu gün növbəti Azərbaycan derbisi baş tutacaq.

Apasport.az saytının məlumatına görə, Misli Premyer Liqasının XVI turunda “Neftçi” “Qarabağ”ı qəbul edəcək.

Turnir cədvəlinin ilk üç pilləsində qərarlaşan rəqiblərin dueli proqnozsevərlərin də diqqət mərkəzindədir. Futbol eksperti Dilan Maklaflin də bu matça proqnoz verib: 

“Qarabağ” öz ölkəsinin şəksiz lideri olaraq qalır. “Köhlən atlar” Ağdamı təmsil etsə də, artıq çoxdandır Bakıda məskunlaşıb. On ildir ki, onlar Azərbaycan futbolunda dominantlıq edir. 

Düzdür, “Neftçi” 2020/21 mövsümündə çempion olub. Amma bu uğur 2013-cü ildən sonra yeganədir. Ötən mövsüm titulunu qaytaran Qurban Qurbanovun yetirmələri hazırda da liderdir. 

Avrokubokların yüklənməsinə baxmayaraq komanda zirvədə qərarlaşıb. Ötən ilin əvvəlində “Neftçi” “Qarabağ”ı iki dəfə məğlub edib. Amma sonradan öz oyununu tapan “Qarabağ” ardıcıl 5 dəfə qalib gəlib. Ağdam klubu daxili arenadakı digər rəqiblərinə qarşı rahat oynaya bilər. 

Amma əsas rəqibi ilə dueldə bunu görəcəyimiz mümkünsüzdür. Bu üzdən də “Qaranağ”ın qələbə qazanacağını düşünürəm.

Proqnozum: 2

writer photo
Əlirza Əlirzalı
0