Matçın hakimi döyüldü, çempionat yarımçıq qaldı
19.03.2024 - 15:56
Matçın hakimi döyüldü, çempionat yarımçıq qaldı

"Rasinq" - "Penarol" (1:2) matçında baş verən  insident səbəbindən Uruqvay çempionatı yarımçıq qalıb.

Apasport.az xəbər verir ki, matçın hakimi Federiko Pikkardo aqressiv azarkeşlərdən birinin hücumuna məruz qalıb.

Hadisə nəticəsində uruqvaylı hakimlər assosiasiyası yerli futbol rəhbərliyini tətillə hədələyib. Bundan sonra rəhbərlik çempionat oyunlarının müvəqqəti ləğvi barədə müvafiq tədbirlər görməyə məcbur olub. 

writer photo
Əlirza Əlirzalı
0