Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2022-nin iştirakçıları arasında mundiallarda ən çox qol vuran futbolçular arasında 2-ci pilləyə yüksəlib.
Apasport.az xəbər verir ki, o bu gün 2 qol vurmaqla cari mundialda 5-ci dəfə fərqlənmiş olub.
Mbappe 2018-ci ildə Rusiyada keçirilmiş mundialda daha 4 qol vurub. Bu baxımdan qollarının sayını 9-a çatdıran Mbappe Kriştianu Ronaldonu arxada qoyub və Lionel Messiyə çatıb. Ancaq o, Messidən fərqli olaraq, bu nəticəyə cəmi 2 turnirə imza atıb. Mübarizəni dayandırmış Almaniya millisinin hücumçusu Tomas Mülerdən onu cəmi 1 qol ayırır.
Oyunçu |
Komanda |
Turnirlər |
Matçlar |
Qollar |
Tomas Müler |
Almaniya |
2010, 2014, 2018, 2022 |
18 |
10 |
Kilian Mbappe |
Fransa |
2018, 2022 |
11 |
9 |
Lionel Messi |
Argentina |
2006, 2010, 2014, 2018, 2022 |
23 |
9 |
Kriştianu Ronaldo |
Portuqaliya |
2006, 2010, 2014, 2018, 2022 |
20 |
8 |
Luis Suares |
Uruqvay |
2010, 2014, 2018, 2022 |
16 |
7 |
Ener Valensiya |
Ekvador |
2014, 2022 |
6 |
6 |
Hari Keyn |
İngiltərə |
2018, 2022 |
9 |
6 |
Neymar |
Braziliya |
2014, 2018, 2022 |
11 |
6 |