Məhəmməd Abdullayevdən Avropa Oyunlarında ardıcıl ikinci qələbə - FOTOLENT
27.06.2023 - 18:02
Məhəmməd Abdullayevdən Avropa Oyunlarında ardıcıl ikinci qələbə - FOTOLENT

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünü keçirib. 

Apasport.az saytının məlumatına görə, +92 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 final çərçivəsində Nikoloz Beqadzeni (Gürcüstan) sınağa çəkib. 

Startda Uğur Aydemiri (Türkiyə) məğlub edən Abdullayev ikinci görüşünü də xeyrinə bitirib və mərhələ adlayıb. Məhəmməd 1/4 finalda yunanıstanlı Stilianos Pouliasla döyüşəcək. Görüş iyunun 28-də olacaq. 

Qeyd edək ki, bu gün daha 2 boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soareslə (Portuqaliya) və Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0