Məqsəd İsayev zədələndi
02.03.2024 - 16:30
Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində öz meydanında “Turan Tovuz”u qəbul edən “Zirə” itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, “Zirə”nin aparıcı müdafiəçisi Məqsəd İsayev rəqib oyunçu ilə toqquşaraq xəsarət alaraq mübarizəni davam etdirə bilməyib. 10-cu dəqiqədə məcburi əvəzləməyə əl atan baş məşqçi Rəşad Sadıqov meydançaya Fuad Bayramovu buraxıb.
Qeyd edək ki, “Zirə” məhz Məqsəd İsayev zədələnib meydanı tərk etdiyi anda azlıqda qalarkən qapısında qol görüb.
- “Barselona”nın 174 milyonluq planı - Holand
- "Gəncə" oyunçusu ilə müqavilə yenilədi
- Rizvan Umarov: “Azərbaycan mənə yol açdı, "Qarabağ" təklif göndərdi” - MÜSAHİBƏ
- UEFA İcraiyyə Komitəsinin üzvü: "Azərbaycan futbolu üçün investisiya yatıracağıq"
- “Başakşəhər” “Qarabağ”ı keçdi – siyahıda 7 klubumuz var
0
0