Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsinin son iki oyunu üçün heyəti müəyyənləşib.
Apasport.az xəbər verir ki, baş məşqçi Canni De Byazinin siyahısında 27 futbolçu yer alıb.
Qapıçılar - Yusif İmanov (“Sabah”), Rəşad Əzizli (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə);
Müdafiəçilər - Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqqverdi (“Neftçi”), Qismət Alıyev (“Zirə”), Turan Manafov (“Araz-Naxçıvan”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Cəlal Hüseynov (“Arda Kaerdzali”, Bolqarıstan);
Yarımmüdafiəçilər - Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Emil Səfərov (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Coşqun Diniyev (“Umraniyəspor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland);
Hücumçular - Nəriman Axundzadə (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Zirə”), Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tayland), Renat Dadaşov (“Hatayspor”, Türkiyə).
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveçlə, 19-da isə səfərdə Belçika ilə qarşılaşacaq.
Milli komandamızın heyəti bəlli oldu
13.11.2023 - 00:26
0
0