Milli komandaya ukraynalı mütəxəssis gətirilir? - Açıqlama
12.01.2024 - 11:45
Milli komandaya ukraynalı mütəxəssis gətirilir? - Açıqlama

Azərbaycan futbol millisinin boş qalan baş məşqçi postu ilə bağlı Oleq Bloxin və Aleksey Şevçenkova təklif götürüldüyü iddia edilir. 

Apasport.az xəbər verir ki, bu barədə sosial mediada məlumatlar yayılıb.

İddialara görə, ukraynalı mütəxəssislər təklifdən imtina ediblər. 

AFFA-dan saytımıza verilən məlumata əsasən, hələlik heç kimə təklif göndərilməyib. 

Qeyd edək ki, italiyalı mütəxəssis Canni De Byazinin istefasından sonra millinin baş məşqçi postu boşdur. 

writer photo
Əlirza Əlirzalı
0