Millidən tarixi NƏTİCƏ
26.09.2022 - 10:24
Millidən tarixi NƏTİCƏ

Azərbaycan millisi tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Apasport.az saytının məlumatına görə, yığmamız buna Canni de Byazinin rəhbərliyi altında nail olub.

Komandamız Millətlər Liqasında fərqlənib. C liqasının 3-cü qrupunda çıxış edən millimiz 6 oyunda 10 xal toplayıb.

Düzdür, komandamız DÇ-2018-də də eyni qədər xal yığıb. Amma həmin vaxt Azərbaycan millisi həm 10 matç keçirib, həm də top fərqi mənfi olub. Millətlər Liqasındakı 10 xal isə müsbət top fərqi diqqət çəkib.

Bu da o deməkdir ki, top 7-4, xal sayı 10 olan yığmamız tarixində ən yaxşı nəticəsini rəsmiləşdirib.

Üstəlik, komanda həm də ilk dəfə ardıcıl üç rəsmi xarakterli matçda qələbə qazanıb. Belarusu 2:0, Slovakiyanı 2:1 hesabı ilə yenən millimiz dünən Qazaxıstanı 3 qola qonaq edib.

Bunadək komandamız heç vaxt seçmə mərhələ və ya Millətlər Liqasında üç ardıcıl oyunda qalib gəlməmişdi. Ən yaxşı nəticəmiz DÇ-2018-in startında San-Marino və Norveçi bir cavabsız qolla yenmək idi.

Qeyd edək ki, yığmamız qələbə seriyasını AVRO-2024-un seçmə mərhələsində uzada da bilər. Bu matçlar gələn il başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0