Millimiz 2 yoldaşlıq oyunu keçirəcək
28.02.2024 - 11:37
Millimiz 2 yoldaşlıq oyunu keçirəcək

Azərbaycan futzal millisi iki yoldaşlıq oyunu keçirəcək.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, komandamız apreldə Gürcüstan seçməsi ilə qarşılaşacaq.

Aprelin 13-də Tbilisiyə yollanacaq Vitali Borisovun kollektivi ayın 14-də və 16-da yerli komanda ilə üz-üzə gələcək.

Oyunların keçirilmə vaxtı və məkanı, eyni zamanda, komandamızın heyəti hələ bəlli deyil.

writer photo
Əlirza Əlirzalı
0