Millimiz Daşkənddə ehtiyat qüvvə ilə yarışacaq
25.02.2023 - 22:53
Millimiz Daşkənddə ehtiyat qüvvə ilə yarışacaq

3-5 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə ilin 2-ci "Böyük Dəbilqə" turniri keçiriləcək.

Apasport.az-ın xəbərinə görə, bu yarışda Azərbaycanın 6 kişi cüdoçusu medallar uğrunda mübarizə aparacaq.

Daşkənddə Azərbaycan millisinin yüngül çəkililərdən ibarət ehtiyat qüvvəsi tatami üzərinə çıxacaq: Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov, Ruslan Paşayev (hər ikisi 66 kq), Nəriman Mirzəyev və Rəşid Məmmədəliyevdir (hər ikisi 73 kq).

writer photo
Əlirza Əlirzalı
0