Azərbaycanın qadınlardan ibarət sablya millisi Belçikanın Sent-Niklas şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 10-cu yeri tutub.
Apasport.az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət kollektiv əvvəlcə ən güclü “8-liy”ə düşmək uğrunda görüşdə Yaponiyaya 26:45 hesabı ilə məğlub olub.
Qılıncoynadanlarımız 9-16-cı yerlər uğrunda qarşılaşmalarda Meksika (45:32) və Yunanıstan (45:34) komandalarına qalib gəlsələr də, 9-cu yer uğrunda matçda Bolqarıstana 44:45 hesabı ilə uduzublar.
Şəxsi yarışda Anna Başta “64-lüy”ə yüksələ bilməyib. Palina Kaspiaroviç isə əsas mərhələyə kimi irəliləsə də, növbəti görüşdə mübarizəni dayandırıb.